HAMAS-ın azad etdiyi girovlar İsrailə təhvil verilib

HAMAS İsraillə 7-ci mübadilə razılaşması çərçivəsində iki girovu təhvil verib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrailli girovlar Tal Şoham və Avera Mengistu Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verilib.
XXX
12:04
Qəzzada İsrail və HƏMAS arasında son əsir mübadiləsi baş tutacaq.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, mübadilənin 8-ci mərhələsi çərçivəsində HƏMAS 6 israilli əsiri azad edəcək.
Bildirək ki, təşkilat bu gün azad ediləcək son altı israilli girovun adını da açıqlayıb. Siyahıda Eliya Kohen, Omer Şem-Tov, Omer Venkert, Tal Şoxam, Avera Menqistu və Hişam əl-Sayedin adları var.
Qeyd edək ki, bunun müqabilində isə İsrail də fələstinli məhbusları azad edəcək.
Nəzrin Salmanova
13:48 22.02.2025
Oxunuş sayı: 21841