Politoloq: "Tehran Tramp-Putin danışıqlarında qurban olacaq?”

İranlı yazıçı və politoloq Rəhmən Qəhrəmanpur “İran diplomatiyası” saytına müsahibəsində bildirib ki, Rusiya ilə ABŞ rəsmiləri arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması və İranla əməkdaşlığa təsirindən söz açıb.
Crossmedia.az xarici kiv-ə iatinadən xəbər verir.
Rəhmən Qəhrəmanpur Tehranı tənqid edərək deyib ki, “İran qərarların qəbulunda ləngimə ilə üzləşir. Sanki İranın qərar qəbul etməzdən öncə heç bir narahatlıq hiss etmədən diplomatik məsələləri müzakirə etmək kimi imkanı var. Vəziyyət isə çox çətindir”.
Politoloq “ABŞ-Rusiya danışıqlarında İran prioritetdir?” sualına cavab olaraq vurğulayıb: “Rusiya və ABŞ kimi ölkələr hazırda İranla birbaşa əlaqəni prioritet hesab etmir... Amerika və Rusiya rəsmiləri bölgədə baş verən proseslərdən sonra Tehranın zəiflədiyini, Bəşar Əsədin devrilməsindən sonra İranın təsir gücünü itirdiyini düşünülər... Artıq İran böyük qlobal güc olmadığı üçün regional problemlərin həllini ondan gözləmək olmaz...”.
09:20 22.02.2025
Oxunuş sayı: 3529