İstanbulda qar fırtınası: Onlarla reys ləğv edildi

İstanbulda güclü qar yağışı hava nəqliyyatına ciddi təsir edib.
Crossmedia.az xəbər verir ki, təxminən 60 Turkish Airlines reysi ləğv olunub.
Eyni zamanda, Pegasus, Turkish Airlines və AJet aviaşirkətlərinin 21-22 fevral tarixlərinə planlaşdırılan Denizli-İstanbul uçuşları da təxirə salınıb.
Aviaşirkətlər sərnişinlərə rəsmi saytlarından yenilənmiş məlumatları izləməyi tövsiyə edir.
18:34 21.02.2025
Oxunuş sayı: 3868