Putin: Bütün dünya “Oreshnik” haqqında danışır

Rusiya Prezidenti Vladimir Putin “Oreshnik” silah sisteminin boğazlarının Günəşin səth temperaturuna tab gətirə bildiyini açıqlayıb. O, Gələcək Texnologiyalar Forumunda çıxışı zamanı bildirib ki, bu yeni texnologiya unikal materiallardan hazırlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Belə ki, yeni sistemlərin yaradılması üçün xüsusi istiliyədavamlı materiallar hazırlanıb. SSRİ dövründə bu cür sistemlər planlaşdırılsa da, material çatışmazlığı səbəbindən reallaşmayıb.
Bildirək ki, Putin gələcəkdə digər sahələrdə də bu yanaşmanın davam etdirilməli olduğunu bildirib.
Fatimə Məmmədova
18:20 21.02.2025
Oxunuş sayı: 4603