Crossmedia.az xarici kiv-ə istinadən xəbər verir ki, bəziləri iranlı olan 100-ə yaxın sığınacaq axtaran şəxs bu yaxınlarda ABŞ-dan deportasiya edilib və Panamaya köçürülüb. Bildirilib ki, meşə kənarında saxlanılan qaçqınların şəraiti gigiyena və qidalanma baxımından heç də yaxşı deyil. Məlumata görə, dünən iranlı qaçqınlar ABŞ-dakı otellərdən meşə kənarındakı düşərgəyə aparılıblar. Onlar jurnalistlərə mühasibə verərkən, marşrut boyu və düşərgədəki sağlamlıq və qidalanma şəraitindən şikayətləniblər.
Qeyd olunub ki, onlar iranlı xristianlar olaraq ölkələrinə qayıtmaqla bağlı sənədləri imzalamaqdan imtina ediblər və vurğulayıblar ki, İrana geri dönsələr, həyatları təhlükə altında olacaq.