General: ABŞ-ın hərbi yardımı olmasa Ukrayna cəmi altı ay dözə bilər

"ABŞ-ın hərbi yardımı olmasa, Ukrayna cəmi altı ay dözə bilər".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant İqor Romanenko fevralın 17-də Münhen Konfransında çıxışı zamanı deyib.
Bremen Universitetinin elmi işçisi Nikolai Mitroxin isə əlavə edib ki, ABŞ-dan gələn hazırkı tədarüklər qənaətlə istifadə olunsa, yay ortalarına və ya payıza qədər yetərli ola bilər.
ABŞ Ukraynaya 155 mm-lik artilleriya mərmilərinin əsas tədarükçüsüdür.
Lakin Almaniyanın Rheinmetall şirkətinin Vaşinqtonun mümkün imtinasını kompensasiya edə biləcəyinə dair hər hansı təminat yoxdur.
13:31 21.02.2025
Oxunuş sayı: 3103