ABŞ: Rusiya sülhü pozarsa Ukrayna NATO-ya qoşula bilər

ABŞ, Rusiya ilə mümkün sülh sazişinin şərtlərindən biri kimi Ukraynaya NATO üzvlüyü üçün təminat verə bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yüksək rütbəli rəsmilərin sözlərinə görə, Rusiyanın yenidən hücum etməsi halında Ukraynanın avtomatik olaraq NATO-ya daxil olması Vaşinqtonun Kiyevə təklif edə biləcəyi təhlükəsizlik zəmanətlərindən biridir.
Məlumata görə, fevralın 12-də ABŞ-ın müdafiə naziri Pit Heqsetin Münhen Təhlükəsizlik Konfransında çıxışından əvvəl Dövlət Departamentinin bəzi müşavirləri ona Ukraynanın NATO-ya üzvlüyünün sülh sazişinə daxil edilməyəcəyini açıq şəkildə bildirməməyi tövsiyə ediblər.
Bu yanaşma Ukrayna və onun müttəfiqləri üçün əsas təhlükəsizlik narahatlıqlarını aradan qaldırmağa yönəlib.
12:33 21.02.2025
Oxunuş sayı: 4142