Qarlı hava yollarda fəsadlara yol açdı

Qeyri-sabit hava şəraiti fonunda paytaxt Bakıda bir neçə qəza baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində işıqfor yararsız vəziyyətə düşüb.
Digər bir qəza Ceyhun Hacıbəyli ilə A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb.
Bu qəzada isə işıqforun idarəetmə qutusu sıradan çıxıb.
01:46 21.02.2025
Oxunuş sayı: 3309