USAİD-in şübhəli xərcləri İFŞA EDİLDİ

Əgər siz USAID-də son bir neçə ildə baş verən israfçılıq və sui-istifadələrə nəzər salsanız, bu təşkilatın vəsait ayırdığı absurd istiqamətləri görərsiniz.
Crossmedia.az xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Levitt jurnalistlər üçün brifinq zamanı deyib.
“USAID Serbiyada iş yerlərində süni intellektin inkişafı üçün 1,5 milyon dollar, İrlandiyada DEA musiqili tamaşasına 70 min dollar, Kolumbiyada transgenderlər haqqında operanın hazırlanması üçün 47 min dollar və Peruda transgenderlər haqqında komikslərin istehsalına 32 min dollar xərcləyib. Sizi bilmirəm, amma bir Amerika vergi ödəyicisi olaraq pulumun bu işlərə getməsini istəmirəm. Və əminəm ki, amerikalılar da bunu istəmirlər”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin (DOGE)
rəhbəri İlon Mask USAID-in ləğvi prosesinin başladığını elan etmişdi.
"Biz USAID-in ləğvi prosesindəyik", - o qeyd etmişdk.
Maskın sözlərinə görə, USAID bir daha bərpa olunmayacaq.
23:46 20.02.2025
Oxunuş sayı: 4065