Haitidə silahlı hücum: 20 ölü

Haitidə polis və silahlı dəstə üzvləri arasında toqquşmalar davam edir. Təhlükəsizlik qüvvələrinin cinayətkarlara qarşı əməliyyatlarına cavab olaraq silahlı qruplar evlərə basqın edərək 20 nəfəri öldürüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum Port-au-Prinsdə, ABŞ səfirliyinin bir neçə kilometrliyində baş verib.
Qeyd edək ki, ölkənin İnsan Haqlarını Müdafiə Milli Şəbəkəsi hücuma görə məsuliyyət daşıyan "Vitel'Homme Innocent" adlı silahlı dəstəni göstərib.
Gülbəniz Səfərova
22:49 20.02.2025
Oxunuş sayı: 5303