İsrail Suriyada 7 hərbi baza tikib

İsrail ordusu Suriyanın ərazisində ən azı yeddi hərbi baza inşa edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu bazalar şimaldakı bufer zonasında yerləşən Hermon dağından başlayaraq cənubda, İsrail-Suriya-İordaniya sərhəd üçbucağı yaxınlığındakı Tel-Kudna qədər uzanır.
Qeyd edək ki, İsrail bazaları Hermon, Xadera, Cubtəl-Həşəb, Əl-Hamidiyə, Kuneytra, Əl-Qataniyyə və Tel-Kudnədə yerləşir.
19:29 20.02.2025
Oxunuş sayı: 4121