Avropalı diplomat: Transatlantik birlik dağılıb

Avropanın yüksək vəzifəli diplomatı Qərb birliyinin artıq mövcud olmadığını iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Transatlantik birlik dağılıb. İndi isə Rusiya və ABŞ prezidentləri arasında Avropanı məhv etmək məqsədi ilə yeni bir əməkdaşlıq formalaşıb”, – diplomat bildirib.
Onun sözlərinə görə, bu proses Avropanın təhlükəsizliyinə ciddi təhdid yaradır.
Fatimə Məmmədova
12:30 20.02.2025
Oxunuş sayı: 2935