İlon Mask Zelenskini günahlandırıb

Amerikalı jurnalist və bloger Qonzalo Liranın qətli ilə bağlı sahibkar İlon Mask Ukraynanın prezidenti Volodimir Zelenskini günahlandırıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri olan Mask, X (keçmiş Twitter) sosial şəbəkəsində bir istifadəçinin paylaşımına cavab olaraq yazıb: “Zelenski amerikalı jurnalisti öldürdü!”
Paylaşımda bildirilir ki, Ukraynada hökuməti tənqid edən jurnalist Qonzalo Lira öldürülüb.
12:18 20.02.2025
Oxunuş sayı: 2959