Vaşinqtonda böyük görüş: Müharibəyə son qoyulacaqmı?

ABŞ-nin milli təhlükəsizlik müşaviri Maykl Vals Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmerin ABŞ-ə səfər edəcəklərini açıqlayıb.
Crossmedia.az "Haberler.com"a istinadən xəbər verir ki, görüşdə Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərinin müzakirə ediləcəyi bildirilib.
ABŞ-nin milli təhlükəsizlik müşaviri Vals bütün tərəflərlə əlaqələrin saxlanıldığını və növbəti mərhələdə texniki qrupların daha ətraflı danışıqlar üçün aktivləşdiriləcəyəni vurğulayıb.
Xatırladaq ki, ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı baş tutacaq görüşün planlaşdırılmasından sonra Avropanın prosesdən kənarda qalacağı ilə bağlı narahatlıqlar artıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Qərb ölkələri arasında müxtəlif diplomatik görüşlər davam etdirilir.
Gülbəniz Səfərova
01:23 20.02.2025
Oxunuş sayı: 3154