Ukrayna XİN: Heç kim bizi təslim olmağa məcbur edə bilməz

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib ki, Ukrayna öz mövcudluq haqqını sonadək müdafiə edəcək və heç kim onu təslim olmağa məcbur edə bilməz.
Crossmedia.az xarici mediaya istinadən xəbərinə görə, nazir “X” hesabında yazıb ki, Ukrayna üç ildir total müharibəyə və müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma dözüb. O, prezident Volodimir Zelenskinin və Ukrayna xalqının Rusiyanın təzyiqinə boyun əymədiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Zelenskini ABŞ yardımını israf etməkdə və diktatura qurmaqda ittiham edib.
21:48 19.02.2025
Oxunuş sayı: 3282