Putin: Rusiya Ukrayna danışıqlarına qayıtmağa hazırdır

Rusiya prezidenti Vladimir Putin Ər-Riyadda keçirilən Rusiya-ABŞ sammiti ilə bağlı açıqlamalar verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Tramp ilə görüşə açıq olduğunu, lakin bunun üçün hazırlıq lazım olduğunu bildirib.
Putin görüşdə diplomatik münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, Rusiyanın Ukrayna məsələsində həll yollarını prioritet saydığını qeyd edib.
O, ABŞ-la enerji məsələlərini də müzakirə etdiklərini və ABŞ nümayəndə heyətinin qərəzsiz davrandığını bildirib.
Rusiya lideri, vasitəçilərə ehtiyac olmadığını və danışıqların əsas məqsədinin qarşılıqlı etimadı artırmaq olduğunu vurğulayaraq, Moskvanın Ukrayna danışıqlarına qayıtmağa hazır olduğunu açıqlayıb.
20:06 19.02.2025
Oxunuş sayı: 3106