Paşinyan: Yeni Konstitusiya Ermənistan üçün strateji zərurətdir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəyə yeni Konstitusiyanın niyə lazım olduğunu izah edib.
Crossmedia.az erməni mediasına istinadən xəbər verir ki, o, mövcud Konstitusiyanın qəbul edildiyi referendumların legitimlik problemi yaşadığını və yeni Konstitusiyanın qəbulunun strateji məqsəd daşıdığını bildirib.
Paşinyana görə, bu dəyişiklik Ermənistanın "dövlətsiz millət" qalıq funksionallığından "xalqın dövlətli funksionallığına" keçidini təmin edəcək.
19:44 19.02.2025
Oxunuş sayı: 3793