Kiyev NATO-ya üzvlük və itirilmiş əraziləri geri qaytarmaq ideyasından əl çəkməlidir

Cənubi Koreyalı ekspert Çje Sun Hun bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin davam etməsində maraqlı deyil və əsas məqsədi Vaşinqtonun bu müharibəyə sərf etdiyi resursları geri qaytarmaqdır.
Crossmedia.az Mkru-ya istinadən xəbər verir ki, Tramp Ukraynaya dəstəyi dayandırmağı və münaqişənin həllini bir “saziş” kimi görür. Ekspertin sözlərinə görə, Kiyev NATO-ya üzvlük və itirilmiş əraziləri geri qaytarmaq ideyasından əl çəkməlidir. Mövcud sərhədlər olduğu kimi qalacaq.
Qeyd edək ki, 18 fevralda Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukraynadakı vəziyyətin həlli və Tramp-Putin görüşünün hazırlanması ilə bağlı dörd saat yarımlıq danışıqlar aparılıb.
Bundan əlavə, ABŞ dövlət katibi Marko Rubio Tramp administrasiyasının Rusiyaya qarşı sanksiyaları yalnız Ukrayna münaqişəsinin həlli ilə bağlı razılıq əldə edildikdən sonra ləğv edəcəyini bildirib.
Fidan Xəlilova
15:14 19.02.2025
Oxunuş sayı: 2878