Lavrov: ABŞ və Rusiyanın milli maraqları heç vaxt tam üst-üstə düşməyəcək

Rusiya və Amerikanın milli maraqları heç vaxt tam üst-üstə düşməyəcək, lakin üst-üstə düşdüyü zaman ölkələr maksimum qarşılıqlı fayda əldə etməlidirlər.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Rusiya və ABŞ-nin milli maraqları heç vaxt tam üst-üstə düşməyəcək, onlar hər bir ölkə üçün vacib olan müəyyən sahələrdə ayrılır. Lakin onların üst-üstə düşdüyü yerdə biz bundan maksimum qarşılıqlı fayda əldə etmək üçün hər şeyi etməliyik”, - diplomat vurğulayıb.
14:49 19.02.2025
Oxunuş sayı: 4639