Makron yenidən Aİ sammitini çağırdı

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı vəziyyət və Avropanın təhlükəsizliyi ilə bağlı ikinci fövqəladə sammitin keçiriləcəyini elan edib.
Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki, görüş bu gün baş tutacaq.
Mənbələrin bildirdiyinə görə, bu dəfə sammitdə ilk görüşdə iştirak etməyən ölkələr də yer alacaq. Norveç, Kanada, Litva, Estoniya, Latviya, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika dəvət olunan ölkələr sırasındadır.
Tədbirin əsas müzakirə mövzularının Ukraynaya dəstək və Avropanın təhlükəsizliyinin təmin edilməsi olacağı gözlənilir.
13:26 19.02.2025
Oxunuş sayı: 3590