Zelenski: "Bütün tərəflər sülh prosesində iştirak etməlidir"

Ərdoğan və Zelenski Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün müzakirələr aparıblar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə və Ukrayna prezidentləri, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dair danışıqların vacibliyini vurğuladılar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, sülh sazişinin vaxtının gəldiyini bildirərək, Türkiyənin danışıqlar prosesinə dəstək verməyə hazır olduğunu açıqlayıb.
Zelenski isə, bütün tərəflərin bu prosesdə iştirakını vacib hesab edir və Ukraynanın güzəştə getməyəcəyini qeyd edib.
Görüşdən sonra iki ölkə arasında təhsil və media sahəsində əməkdaşlıq haqqında anlaşmalar imzalanıb.
22:15 18.02.2025
Oxunuş sayı: 2189