Livandan İsrailə mesaj: Torpaqlarımızdan çıxın!

Livan torpaqlarında əsgər saxlamağa davam edən İsraili tamamilə geri çəkməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Livan prezidenti Cozef Aun, baş nazir Navaf Salam və parlamentin spikeri Nəbih Berri görüşdə İsrailin atəşkəs rejimini pozmasını müzakirə ediblər.
Rəyasət Heyətindən verilən açıqlamada beynəlxalq müqavilələr, qanunlar və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq İsrailin işğal olunmuş Livan ərazilərindən tamamilə çıxarılması tələb olunub.
Xatırladaq ki, İsrail ordusu atəşkəs razılaşması çərçivəsində Livanın cənubundakı bütün yaşayış məntəqələrindən geri çəkilib, lakin 5 strateji mövqeyə qoşun yerləşdirməyə davam edəcəyini açıqlayıb.
22:07 18.02.2025
Oxunuş sayı: 2125