Rusiya-Amerika danışıqlarının heç bir təsiri olmayacaq

Rusiya-Amerika danışıqlarının başlanmasının Rusiya ilə İran arasında əməkdaşlığa heç bir təsiri olmayacaq.
Crossmedia.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Moskva İranın nüvə proqramı ilə bağlı problemlərin həllində Tehrana kömək etməyə hazırdır", - prezidentin mətbuat katibi qeyd edib.
O, həmçinin əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı bütün məsələlər danışıqlar yolu ilə həll edilə bilər və belə də olmalıdır.
16:48 18.02.2025
Oxunuş sayı: 2852