Pezeşkian: İranlıların istehlakı avropalılar kimi olsaydı, yoxsulluq və işsizlik problemi həll olardı

Ötən həftə Buşehr əyalətinə səfər edən İran prezidenti Məsud Pezeşkian deyib ki, “ölkədə elektrik enerjisi, işsizlik, yoxsulluq, qaz və su ilə bağlı problemlərin əsas səbəbiinsanların düzgün olmayan istehlak vərdişləridir”.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Ən mühüm məsələ odur ki, biz çox pis istehlak edirik. Biz zəngin Avropa ölkələrindənüç-dörd dəfə çox elektrik, qaz və enerji istifadə edirik. Əgər insanlar avropalılar və zəngin ölkələr kimi istehlaklarını azaltsalar, cəmiyyətdəki yoxsulluq və sıxıntı aradan qalxar, İranın əlində qalacaq pulla biz ərzaq təhlükəsizliyi və işsizlik problemini həll edərdik”, - deyə Pezeşkian vurğulayıb.
16:15 18.02.2025
Oxunuş sayı: 2083