Rusiyanın Suriyadakı aviabazası hücuma məruz qalıb

Rusiyanın Suriyadakı aviabazası gecə saatlarında pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Bəşər Əsədin devrilməsindən sonra Suriyadakı Rusiya hərbi obyektlərinə edilən ilk hücumdur.
Rusiyalı Z-hərbi müxbirləri bildirirlər ki, Rusiya Silahlı Qüvvələrinin bazalarına "normal fəaliyyət göstərməyə imkan verilməyəcək" və hücumda "ölkənin yeni hakimiyyəti ilə əlaqəli islamçı qruplaşmaları" günahlandırırlar.
15:10 18.02.2025
Oxunuş sayı: 2517