Tramp administrasiyası DTN-də kütləvi işdən çıxarışa hazırlaşır

ABŞ Prezidenti Donald Trampın administrasiyası bu həftə Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) yüzlərlə yüksək vəzifəli əməkdaşını işdən çıxarmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyasının "mərkəzləşdirilmiş planı" və DTN-nin bütün bölmələrində yüksək vəzifələr tutan şəxslərin siyahısı var. İşdən çıxarmalar, fevralın 14-də nazirlikdə başlanan ümumi ixtisarlarla yanaşı baş verəcək və bunlar ABŞ-nin Fövqəladə Hallarla Mübarizə Federal Agentliyi, ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti və Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyini əhatə edib.
Bildirilir ki, bu həftə nazirliyə tabe olan agentliklərdən yüksək vəzifəli əməkdaşlar işdən çıxarıla bilər. Hökumətə görə, məqsəd əməkdaşların sayını azaltmaq deyil, Tramp administrasiyasının məqsədlərinə mane ola biləcək şəxsləri işdən çıxarmaqdır.
Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkənin miqrasiya qanunvericiliyinin tətbiqinə nəzarət edən əsas orqan olaraq tanınır.
Fatimə Məmmədova
12:02 18.02.2025
Oxunuş sayı: 2473