Zelenski Ərdoğanla danışıqlar üçün Türkiyəyə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 18-də Türkiyəyə səfər edib. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Həmçinin, liderlər Ukraynadakı son hadisələr, eləcə də regional və qlobal problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Fatimə Məmmədova
11:50 18.02.2025
Oxunuş sayı: 2260