Kanadada sərnişin təyyarəsi qəzaya uğradı – 18 yaralı

Kanadanın Toronto şəhərində (Ontario əyaləti) sərnişin təyyarəsi qəzaya uğrayıb. Delta Airlines şirkətinə məxsus Bombardier tipli təyyarə eniş zamanı aşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 18 nəfər xəsarət alıb. Əvvəlcə 8 yaralı olduğu bildirilsə də, onların üçü, o cümlədən bir uşaq ağır vəziyyətdədir.
Təyyarə Minneapolisdən uçuş həyata keçirib. Belə ki, hadisə baş verən an göyərtədə 80 nəfər olub.
Qeyd edək ki, qəza səbəbindən Toronto hava limanında fəaliyyət müvəqqəti dayandırılıb.
Fatimə Məmmədova
11:45 18.02.2025
Oxunuş sayı: 2333