ABŞ-nin Ukraynaya təklif etdiyi saziş ağır şərtlər ehtiva edir

ABŞ-nin Ukraynaya təklif etdiyi kompensasiya sazişi Almaniyaya Versal müqaviləsi çərçivəsində qoyulan reparasiyalardan daha ağır şərtlər ehtiva edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Belə ki, saziş təkcə Ukraynanın strateji əhəmiyyətli minerallarına nəzarəti deyil, həm də limanları, infrastruktur obyektləri, neft və qaz yataqları, eləcə də ölkənin digər resurs bazasını əhatə edir.
Sənədə əsasən, ABŞ və Ukrayna "düşmən qüvvələrin" müharibədən qazanc əldə etməsinin qarşısını almaq üçün birgə investisiya fondu yaratmalıdır.
Məlumata görə, ABŞ Ukraynanın hazırkı resurs gəlirlərinin 50%-ni və yeni lisenziyaların satış dəyərinin yarısını alacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bu şərtlərin adətən müharibədə məğlub olmuş aqressor dövlətlərə tətbiq edildiyini gözləmədiyini bildirib.
Qeyd edək ki, əgər bu layihə qəbul olunsa, onun şərtləri ABŞ prezidenti Donald Trampın tələblərindən də sərt olacaq və Ukrayna ÜDM-nin böyük hissəsini əhatə edəcək.
Fatimə Məmmədova
11:36 18.02.2025
Oxunuş sayı: 2157