İlyas İsmayılovla vida mərasimi keçirilir - YENİLƏNİB

Ədalət Partiyasının sədri İlyas İsmayılovla keçirilən vida mərasimi başa çatıb.
Heydər Məscidində keçirilən mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlyas İsmayılovun nəşi bu gün Nardaran qəbiristanlığında dəfn olunacaq.
XXX
10:36
Ədalət Partiyasının sədri İlyas İsmayılovla vida mərasimi keçirilir.
Heydər Məscidində keçirilən mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra İlyas İsmayılovun nəşi Nardaran qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, İlyas İsmayılov ötən gün Mərkəzi Klinik Xəstəxanasında vəfat edib.
O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib. (Report)
10:58 18.02.2025
Oxunuş sayı: 3894