Zelenski Trampın təklifini niyə rədd etdi? - AÇIQLANDI

Ukrayna prezidenti Vlodimir Zelenski, ABŞ-ın təklif etdiyi sazişi imtina edərək, ölkəsinin qiymətli nadir torpaq elementlərinin yarısını ABŞ-yə verməkdən boyun qaçırıb.
Crossmedia.az "Associated Press"ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın, Ukraynanın mədənçilik, limanlar, infrastruktur, neft və təbii qaz kimi sahələrdə 50 faizlik pay tələb etdiyi təklif, Zelenski tərəfindən qəbul olunmayıb.
Trampın ideyasının icrası halında Ukrayna, bu sektorlar üzrə qazancın 500 milyard dollara çatacağını iddia edir. Lakin, Zelenski təklifi "dar düşüncə" olaraq qiymətləndirərək rədd edib və bununla yanaşı, gələcəkdə Ukraynanın mineral ehtiyatlarına sərmayə yatırmaq istəyən müttəfiqləri üçün açıq olduğunu bildirib.
Bununla bağlı ABŞ rəsmisi Zelenskinin qərarını tənqid edərək, ölkəsinin ehtiyatlarının ABŞ-yə təhvil verilməməsini qeyri-konstruktiv olaraq şərh edib.
Münhen Təhlükəsizlik Sammitinin əsas gündəm mövzularından biri olan Rusiya-Ukrayna müharibəsi kontekstində bu hadisə geniş ictimai müzakirələrə səbəb olub.
00:49 18.02.2025
Oxunuş sayı: 3312