Zelenski Türkiyəyə gedib

Ukrayna prezidenti Vlodimir Zelenski Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gedib.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, Zelenski və nümayəndə heyətini daşıyan təyyarə saat 21:08-də Ankara Esenboğa hava limanına enib.
Ukrayna prezidenti Zelenskini hava limanında rəsmi şəxslər qarşılayıblar.
Zelenskinin sabah Ankaradakı Prezident Kompleksində prezident Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
22:48 17.02.2025
Oxunuş sayı: 4775