Türkiyədə zəlzələ baş verib

Malatyanın Kale rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Saat 18.41-də qeydə alınan zəlzələ təxminən 7 kilometr dərinlikdə qeydə alınıb.
Elazığ valisi Numan Hatipoğlu Malatyada baş verən zəlzələnin Elazığda hiss olunmasından sonra sosial şəbəkədə paylaşım edib:
“Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar rəhbərliyindən alınan məlumata görə, 17.02.2025-ci il tarixində saat 18.41-də Malatya vilayətinin Kale rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Vilayətimizdə də hiss edilən zəlzələdən sonra əyalətimizdəki AFAD-a və 112 qaynar xəttinə dağıntılar barədə məlumat verilməyib. “Bütün bölmələrimiz əyalətimizdə baş verən zəlzələnin nəticələrini yaxından izləyir”, - deyə paylaşımda qeyd olunub.
20:48 17.02.2025
Oxunuş sayı: 4125