İsrail Ordusu bir sutka ərzində Livandan çıxacaq

İsrail Ordusu yaxın 24 saat ərzində qoşunlarını Livanın cənubundan çıxarmaq niyyətindədir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qoşunlar atəşkəs razılaşması çərçivəsində çıxarılacaqlar.
Eyni zamanda, İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" silahlılarının fəaliyyətini bərpa etməsinin qarşısını almaq üçün qeyri-müəyyən müddətə beş strateji mövqedə mövcudluğunu saxlamaq niyyətindədir.
19:02 17.02.2025
Oxunuş sayı: 2724