Zelenski Türkiyəyə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 18-də rəsmi səfərlə Türkiyəyə yola düşəcək. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya Şöbəsinin rəhbəri Fahrettin Altun məlumat verib.
Crossmedia.az xəbər verir ki, səfər çərçivəsində Ukraynada baş verən son hadisələr, eləcə də regional və qlobal məsələlər müzakirə ediləcək. Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski ikitərəfli tərəfdaşlıq məsələlərini də nəzərdən keçirməyi planlaşdırır.
Zelenskinin Türkiyəyə səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verə bilər.
18:24 17.02.2025
Oxunuş sayı: 3575