Kolombiya Bayraktar TB3-ü yoxlamaq üçün Türkiyəyə gəlir

Kolombiya Hava Qüvvələri mövcud İHA-larını daha inkişaf etmiş, otonom uçuş qabiliyyətinə malik Bayraktar TB3 ilə əvəzləmək istəyir. Bu məqsədlə, Kolombiya nümayəndə heyəti Türkiyəyə gəlib Bayraktar TB3-ün əməliyyat qabiliyyətlərini yoxlayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bayraktar TB3 qısa enişli hava limanlarında qalxıb enə bilən, otonom uçuş qabiliyyətinə malik bir İHA olaraq diqqət çəkir. Kolombiya hazırda istifadə etdiyi İsrail istehsalı İHA-ları, Bayraktar TB3 ilə əvəzləməyi planlayır.
Qeyd edək ki, İHA, uzun məsafələrdən idarə edilə bilən xüsusiyyəti ilə kəşfiyyat və hücum missiyalarını effektiv şəkildə icra edir.
Fatimə Məmmədova
17:36 17.02.2025
Oxunuş sayı: 2364