İraq banklarına dollarla əməliyyatlar qadağan edilib

İraq Mərkəzi Bankı daha 5 yerli banka dollarla əməliyyatlar aparmağı qadağan edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.
Məlumata görə, Amerika və İranla eyni vaxtda müttəfiq, eləcə də ABŞ-da 100 milyard dollardan çox valyuta ehtiyatı olan İraq Vaşiqntonda saxlanılan neft gəlirlərinin bloklanmaması üçün ABŞ-dan asılı vəziyyətə düşüb.
Son illərdə ABŞ Tehrana qarşı sanksiyaları gücləndirdikdən sonra İran qonşusu olan İraqdan istifadə etməyə çalışıb. İranın İraqa mal ixracının artması ona lazım olan valyuta resurslarının bir hissəsini ölkənin bank sistemi vasitəsilə təmin etməyə kömək edib. ABŞ iranlı iş adamları və Tehran tərəfindən dəstəklənən silahlıların İraq banklarında dollar əməliyyatlarına çıxışını məhdudlaşdıraraq, sanksiyalarından yayınmağın qarşısını almağa çalışıb.
15:40 17.02.2025
Oxunuş sayı: 2996