Mask: ABŞ-nin sosial təminat sistemində böyük saxtakarlıq var

ABŞ hökumətinin səmərəliliyinin artırılması üzrə qurumunun (DOGE) rəhbəri İlon Mask ölkənin sosial təminat sistemində "tarixin ən böyük saxtakarlığı"nın baş verə biləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb .
İ.Mask , rəsmi məlumat bazalarında sosial ödəniş alan şəxslərin sayının ABŞ-nin ümumi əhalisini üstələdiyini bildirib.
"Sosial sığorta nömrələrinin sayı ABŞ vətəndaşlarının sayından xeyli çoxdur. Bu, tarixin ən böyük saxtakarlığı ola bilər", - o, qeyd edib.
Maskın sözlərinə görə, sosial ödənişlərə iddia edə biləcək vətandaşların sayı 310 milyondur.
Fatimə Məmmədova
16:05 17.02.2025
Oxunuş sayı: 2619