Paşinyanın reytinqi minimuma çatıb

Qarşıdan gələn seçkilər ərəfəsində Nikol Paşinyanın reytinqi minimuma çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, son sorğulardan birinə görə, Paşinyanın partiyası cəmi 11 faiz səsə malikdir.
“Bu, indiyədək qeydə alınan ən aşağı rəqəmdir və bu, hakimiyyəti dəhşətə gətirib. Onlar itirilmiş reputasiyalarını bərpa etmək üçün hərəkətə keçiblər. “Köhnə və yaxşı” üsullarla seçiciləri şirnikləndirməyə çalışırlar. Əvvəlcə dövlət büdcəsi hesabına ümidsiz kreditləri ödəmək qərarına gəliblər, indi isə sürücülərin yol hərəkəti qaydalarının pozulmasına görə ödənməyən cərimələrini “sulamaq” niyyətindədirlər”, - deyə nəşr bildirib.
Müəllif əlavə edib ki, bu, heç bir yaxşı yerə aparmayan pis bir yoldur, bu cür təşəbbüslərdən az sonra Ermənistanın yenidən eyni problemlərlə üzləşməyi faktdır.
15:06 17.02.2025
Oxunuş sayı: 3627