İlyas İsmayılov vəfat edib

Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.
Crossmedia.az xəbər verir ki, İ.İsmaylovun yaxınlarının verdiyi məlumata görə, o bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, İlyas İsmayılov martın 20-si 1938-ci ildə Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edir.
14:22 17.02.2025
Oxunuş sayı: 4719