Uqanda Konqoya hücuma hazırlaşır

Uqanda ordusu Demokratik Konqo Respublikasının (DKR) İturi regionuna və onun paytaxtı Bunyaya müdaxilə etməyə hazırlaşır.
Crossmedia.az bildirir ki, bu barədə xarici KİV məlumat verib.
Uqanda Baş Qərargah rəisi Muhuzi Kayneruqaba bildirib ki, "Bunya tezliklə Uqandanın nəzarətində olacaq" və Konqo ordusuna 24 saat müddətində bölgədən çıxmağı və ya təslim olmağı əmr edib. Əks halda, Uqanda hərbi müdaxilə edəcək.
Məlumata görə, Uqanda qoşunlarını DKR sərhədinə yeridib və ultimatum artıq başa çatıb. Belə ki, əgər Konqo geri addım atmasa, Uqanda ordusu İturi regionunu ələ keçirmək üçün hücuma keçəcək.
Qeyd edək ki, İturi regionunun sahəsi 65 min km², əhalisi isə təxminən 5 milyon nəfərdir. Müqayisə üçün, Uqandanın ümumi ərazisi 241 min km², əhalisi isə təxminən 45 milyon nəfərdir.
Fatimə Məmmədova
13:57 17.02.2025
Oxunuş sayı: 2881