İran Ermənistanda neft emalı zavodu tikəcək?

Ermənipərəst iranlı siyasi şərhçi Ehsan Movəhhediyan İranın Ermənistanın Sünik (Zəngəzur) bölgəsində neft emalı zavodu tikməsi ilə bağlı təklif irəli sürüb:
"Ermənistanda uzunmüddətli müqavilələrlə neft emalı zavodunun fəaliyyəti gündə 100 min barel İran neftini endirimsiz və əlavə xərclər olmadan satmaq imkanı yaradacaq və sanksiyalar riskini azaldacaq".
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, bu layihə Ermənistanın enerji təhlükəsizliyini və ölkənin İrandan asılılığını təmin etməklə yanaşı, regionda Amerika, NATO və İsrailin təsirini azaldacaq.
Beləliklə Ermənistanda Avro 5 markalı benzinin istehsalı və İranın şimal-qərbinin tələbatını ödəməsi ilə ölkənin cənubundan şimala yanacaq tranziti xərcləri də sıfıra enəcək.
12:30 17.02.2025
Oxunuş sayı: 3657