İlon Maskdan maraqlı paylaşım: "ABŞ-da çoxlu vampir yaşayır"


İlon Mask ABŞ-nin Dövlət İdarəetməsinin Effektivliyi üzrə yeni departamentinin rəhbəri olaraq X sosial şəbəkəsində maraqlı bir paylaşım edib.
Crossmedia.az xəbər verir ki, o, sosial müavinət alan amerikalıların yaş məlumatlarına reaksiyasında, ABŞ-da 120-249 yaş arasında bir neçə milyon diri amerikalı və hətta 360-369 yaş arasında bir “uzunömürlü” şəxs olduğunu qeyd edərək zarafatla, “Bəlkə də ‘Alatoran’ (film) gerçəkdir və burada sosial müavinət alan çoxlu vampir var” ifadəsini istifadə edib.
Bu qeydin ardından, DOGE (Departamentin Effektivliyi üzrə Qrup) məsələyə reaksiya verərək, araşdırma aparacaqlarını açıqlayıb.
11:31 17.02.2025
Oxunuş sayı: 2122