34 illik siyasi karyeranın son akkordları?

34 ildən çoxdur ki, siyasətdə olan və 22 ildən çox Rusiya xarici siyasətinə rəhbərlik edən Sergey Lavrovun gələn il təqaüdə göndəriləcəyi iddia edilir.
Crossmedia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya xarici siyasətinə rəhbərlik edən təcrübəli diplomat Sergey Lavrovun ABŞ ilə danışıqlar və Ukraynada yekun anlaşmadan sonra öz vəzifəsini tərk edəcəyi bildirilir.
Kremlə yaxın bir neçə mənbə qeyd edir ki, o ABŞ-la danışıqlarda iştirak etməli və son missiyasını tamamlamalıdır. Daha sonra Lavrov siyasəti tərk edəcək.
11:33 17.02.2025
Oxunuş sayı: 2181