İran prezidentinə XƏBƏRDARLIQ EDİLDİ

Tehranda Azərbaycan türkcəsində şeir deyən İran prezidentinə xəbərdarlıq edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Məsud Pezeşkian Təbrizin Tehranda keçirilən mədəniyyət həftəsində dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini oxuyarkən xəbərdarlıq edilib və yarıda dayandırılıb.
Özü Güney Azərbaycandan olan və uzun illər İran parlamentində təbrizliləri təmsil edən Pezeşkian, bu mərasimdə öz ana dilində bir neçə misra şeiri bitirə bilməyib və dayanmağa məcbur olub.
11:28 17.02.2025
Oxunuş sayı: 2560