Tramp: Zelenski sülh danışıqlarında iştirak edəcək

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya və ABŞ arasında planlaşdırılan sülh danışıqlarında iştirak edəcəyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp, həmçinin Rusiya Prezidenti Vladimir Putinin müharibəni tez bitirmək istədiyini və onunla görüşünün yaxın zamanda baş tuta biləcəyini bildirib.
Onun bu açıqlaması beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. Belə ki, müşahidəçilər bu görüşün Ukrayna münaqişəsinin həlli üçün mühüm addım ola biləcəyini düşünürlər.
Fatimə Məmmədova
11:10 17.02.2025
Oxunuş sayı: 4499