Uqanda Konqoya hücum hazırlığındadır

Uqanda, Demokratik Konqo Respublikasına (DKR) müdaxiləyə və İturi bölgəsini, paytaxtı Bunya ilə birlikdə ələ keçirməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, Uqandanın Baş Qərargah rəisi Məhəzi Kayneruqaba, Konqo ordusuna 24 saat vaxt verərək, ya təslim olmalarını, ya da İturi bölgəsindən qoşunlarını çıxarmalarını tələb edib. Əks halda, Uqanda hücuma başlayacaq.
Uqanda, Konqo sərhədinə qoşun yerləşdirdiyini göstərən videolar yayıb. Uqandanın ultimatumunun müddəti başa çatıb və əgər bu tələblər yerinə yetirilməzsə, Uqanda ordusunun İturi bölgəsini ələ keçirmək məqsədilə hücuma başlayacağı gözlənilir. İturi bölgəsi 65 min kvadrat kilometr sahəyə və təxminən 5 milyon nəfər əhaliyə sahibdir. Müqayisə üçün, Uqandanın ərazisi 241 min kvadrat kilometr, əhalisi isə təxminən 45 milyon nəfərdir.
11:04 17.02.2025
Oxunuş sayı: 2497