Şolts: Avropa İttifaqı Ukrayna danışıqlarında iştirak etməlidir

Almaniya Kansleri Olaf Şolts seçki debatı zamanı Avropa İttifaqının Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda iştirak etməli olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ukraynanın demilitarizasiyasına heç kimin razılaşmamalı olduğunu vurğulayıb.
Şolts ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı təkbətək razılaşmaları rədd edərək, Avropanın bu prosesdən kənarda qala bilməyəcəyini qeyd edib:
“Biz avropalılar buna imkan verməyəcəyik. Bu, bizsiz mümkün deyil. Təbii ki, bizim də sözümüz var.”
O, Avropanın danışıqlarda iştirak etməyəcəyi barədə ABŞ-ın bəyanatına cavab olaraq bildirib ki, Avropanın iştirakı olmadan heç bir təhlükəsizlik zəmanəti mümkün olmayacaq.
08:26 17.02.2025
Oxunuş sayı: 2648