Tramp və Putin görüşə bilər

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin fevralın sonuna qədər Səudiyyə Ərəbistanında görüşə bilərlər.
Crossmedia.az Newsweek-ə istinadən xəbər verir ki, Ər-Riyad ABŞ, Ukrayna və Rusiya nümayəndələrini münaqişənin həlli yollarını müzakirə etmək üçün danışıqlara dəvət edib.
Bildirilir ki, tərəflər görüş tarixini mart ayına qədər razılaşdırmağa çalışırlar, çünki həmin ay Ramazan başlayır.
08:20 17.02.2025
Oxunuş sayı: 3050