Təcili tibbi yardım maşını qəzaya düşdü: beş yaralı var

Türkiyənin Karaman şəhərində təcili yardım maşını ilə avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, qəza Alparslan Türkeş Bulvarının kəsişməsində baş verib.
Belə ki, A.K. idarə etdiyi təcili yardım maşını Zübeyde Y.-nin avtomobili ilə toqquşaraq aşıb.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım qrupları cəlb edilib.
Qəza nəticəsində təcili yardım sürücüsü, tibb işçiləri, eləcə də xəstə və onun həyat yoldaşı xəsarət alıb.
Yaralılar Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb və onların vəziyyətinin yaxşı olduğu bildirilib.
18:59 16.02.2025
Oxunuş sayı: 4513